Tanrıya ibadət faciə ilə bitdi: 10 ölü

Tanrıya ibadət faciə ilə bitdi: 10 ölü

Hindistanda Madxya-Pradeş ştatında ənənəvi mərasim zaman zəvvarların olduğu qayıq çevrilib.

Nəticədə ilkin məlumatlara görə, 11 nəfər ölüb.

Olaylar.az  xəbər verir ki, bu barədə ANI agentliyi xəbər yayıb. 6 nəfər xilas edilib. Məlumatlarda qayıqdakı zəvvarların sayının 19 nəfər olduğu deyilsə də, tutumdan artıq sərnişin götürülməsi də istisna deyil.

Ölənlərin hər birinin ailəsinə 400 min rupi təzminat ödəniləcək. Baş vermiş hadisə araşdırılacaq.

Olay tanrı Qaneşə ibadət məqsədilə keçirilən mərasimdə baş verib. Yerlilərin inancına görə, Qaneş müdrüklük, uğur tanrısıdır. Festival 10 gün davam edəcək.

Cebhe.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31