11 sentyabr teraktında məmur da iştirak edib – ABŞ-dan sensasiya

11 sentyabr teraktında məmur da iştirak edib – ABŞ-dan sensasiya

ABŞ-ın Ədliyyə Nazirliyi və FTB Nyu Yorkda 11 sentyabr 2001-ci ildə təşkil olunmuş terror aktında iştirakda şübhəli bilinən Səudiyyə Ərəbistanından olan məmurun adını açıqlayacaq.

Olaylar.az xəbər verir ki, bu barədə "İnterfaks" yazıb.

Sözügedən qurumların bunu teraktlar zamanı həlak olanların ailələrinin və yaxınlarının təzyiqini azaltmaq üçün açıqlaya biləcəyi qeyd edilir.

Nazirliyin bəyanatına əsasən, FTB ölənlərin yaxınlarının teraktı törədənlərin adlarını öyrənmək istəyini qəbul edir. Bununla yanaşı sözügedən məmurla bağlı məlumatların sadəcə "istintaq nəzəriyyəsi"nə əsaslandığı bildirilib.

Xatırladaq ki, uzun illərdir sözügedən şübhəlinin adı gizli saxlanılır. Onun hətta kral ailəsinə mənsub olmasına dair fərziyyələr ortaya çıxıb.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31