Təyyarə havada alovlandı – Sərnişinlər ailələri ilə vidalaşdılar

Təyyarə havada alovlandı – Sərnişinlər ailələri ilə vidalaşdılar

Kanadanın Abbotsford şəhərindən Edmontona gedən "Boeing 737" tipli təyyarə havada alışıb.

Olaylar.az  xəbər verir ki, bu barədə "The Sun" qəzeti məlumat verib.

Məlumata görə, hadisə təyyarə hava limanından yola düşdükdən bir müddət sonra baş verib. Hadisəyə səbəb təyyarənin mühərrikinə quş sürüsünün girməsi olub. Təyyarənin alovlanndığını görən sərnişinlər ailə və dostlarına zəng edərək vidalaşıblar.

Belə ki, təyyarədə olan Fadl Abu Qanem adlı turist anasına, "Ölüm yaxınlıqladır. Təyyarəmizdə problem yaranıb. Mən səni sevirəm"- mesajını yazıb.

Lakin, daha sonra təyyarə Abbotsford hava limanına insan itkisi olmadan eniş edib. Təyyarədə 176 sərnişin olduğu bildirilib.

Yeniavaz.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31