22 yaşlı qız sürpriz evlilik təklifindən sonra ölüb – Fotolar

22 yaşlı qız sürpriz evlilik təklifindən sonra ölüb – Fotolar

22 yaşlı gənc qız nişanlısının sürpriz evlilik təklifindən sonra infarkt keçirərək ölüb. 

Olaylar.az  xəbər verir ki, hadisə Konyanın Karapınar bölgəsində baş verib. 26 yaşlı Fikrət Balkan 22 yaşlı nişanlısı Məltəm Ertunçu sürpriz bir evlilik təklifi etmək üçün Beyşehir gölünə aparıb. 

Gəmini bəzədən F.Balkan nişanlısına evlilik təklifi edib. 

Avtomobillə geri qayıdarkən Balkan nişanlısının maşında yatdığını düşünüb. Məltəmi oyatmaq istəyərkən onun nəfəs almadığını görüb. Xəstəxanaya çatdırılan Ertunçun infarkt keçirdiyi məlum olub. Onun həyatını xilas etmək mümkün olmayıb. 

Qeyd edək ki, 3 ay öncə nişanlanan cütlüyün 3 ay sonra toyu olacaqmış.  

Musavat.com 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31