BMT ABŞ-ın müharibə cinayəti törətdiyini bildirdi
BMT ABŞ-ın müharibə cinayəti törətdiyini bildirdi
12 Sentyabr 2019 16:55 DünyaBirləşmiş Millətlər Təşkilatı (BMT) ABŞ liderliyindəki Koalisiya Qüvvələrinin Suriyada törətdiyi qətliamlara münasibət bildirib.
Bu barədə BMT hesabatla çıxış edib.
Hesabatda vurğulanıb ki, ABŞ liderliyindəki Koalisiya Qüvvələri Suriyada 2019-cu ildə onlarla dinc sakini öldürüb.
Qeyd olunur ki, bu ölümlər əslində müharibə cinayətinə bərabərdir və dinc sakinlər hədəfə alınmamalıdırlar.
Bildirilir ki, ABŞ liderliyindəki Koalisiya Qüvvələri hücumlar zamanı əvvəlcədən bölgədəki dinc sakinlərə heç bir xəbərdarlıq etməyib.
EASTNEWS.ORG
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31