Türkiyə "S-400"ləri işə salır
Türkiyə "S-400"ləri işə salır
12 Sentyabr 2019 16:10 DünyaTürkiyə ABŞ və NATO-nun bütün etirazlarına baxmayaraq Rusiyadan aldığı "S-400" kompleksini işə salmağa hazırlaşır. Bu barədə açıqlamanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu verib.
O, jurnalistin "S-400-lər sandıqdan çıxacaq?" sualına cavabında bu barədə danışıb.
"Əlbətdə çıxacaq, istifadə edəcəyik. Bildiyiniz kimi sistemlər 2020-ci ildən istifadəyə başlanılacaq. Onları sandıqda saxlamaq üçün yox, hava müdafiə sistemlərimizi gücləndirmək üçün almışıq. Aldığımız kimi istifadə də edəcəyik. Heç tərəddüdünüz olmasın".
istipress.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31