İsrail qüvvələri Fələstin partiyasının ofisinə basqın etdi

İsrail qüvvələri Fələstin partiyasının ofisinə basqın etdi

İsrail rejimi qüvvələri işğal olunmuş İordan çayının qərb sahilindəki Ramallah şəhərində Fələstin Demokratik Xalq Qurtuluş Cəbhəsinə (FDXQC) məxsus ofisə basqın təşkil edib.

Bu barədə Fələstin Qurtuluş Təşkilatı nəzdindəki partiyalardan FDXQC baş katib müavini Qeys Əbdülkərim açıqlama verib.

O, İsrail qüvvələrinin Ramallahdakı ofisə təşkil etdiyi basqında cihaz, kitab, broşür və bayraqların götürüldüyünü bildirib.

Basqın zamanı İsrail əsgərləri ilə fələstinli gənclər arasında qarşıdurma baş verib. İsrail qüvvələri gənclərə qarşı güllə və rezin güllə ilə gözyaşardıcı qaz istifadə edib.

Eastnews.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31