Rusiya 128 minlik ordu ilə hərbi təlim keçirəcək

Rusiya 128 minlik ordu ilə hərbi təlim keçirəcək

Rusiya Müdafiə nazirinin köməkçisi Fomin, Rusiya ordusunun, ölkənin cənubunda keçirəcəyi "Mərkəz-2019" təlimində 128 min əsgərin iştirak edəcəyini bildirib.

Bu barədə "TASS"agentliyi məlumat yayıb.

Məlumata görə, Aleksandr Fomin, sentyabrın 16-21-i arası keçiriləcək "Mərkəz-2019" hərbi təlimi ilə bağlı xarici ölkələrin hərbi attaşeləri və jurnalistləri məlumatlandırıb.

O bildirib ki, təlimlər Rusiyanın Orenburq, Astarxan, Çelyabinsk, Altay, Kemerovo bölgələrində keçirləcək:

"Təlimdə 128 min əsgər, 20 mindən çox döyüş təchizatı, təxminən 600 təyyarə, vertolyot və pilotsuz uçuş aparatı, 200-dən çox tank və 15-ə yaxın döyüş gəmisi yer alacaq. Təliminin əsas mövzusu beynəlxalq terrorizmlə mübarizə və Orta Asiyada təhlükəsizliyin təmin olunmasıdır".

Qeyd edək ki, Rusiya, keçən il 297 min əsgərin iştirakı ilə "Vostok-2018" təlimini həyata keçirmişdi.

EASTNEWS.ORG

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31