ABŞ Polşaya 32 ədəd F-35 təyyarəsinin satışını təsdiqlədi
ABŞ Polşaya 32 ədəd F-35 təyyarəsinin satışını təsdiqlədi
12 Sentyabr 2019 14:14 DünyaABŞ Dövlət Departamenti, 6,5 milyard dolar dəyərində 32 ədəd F-35A tipli beşinci nəsil döyüş təyyarəsinin Polşaya satışına icazə verib.
Açıqlamada bu qərarın ABŞ-ın xarici siyasəti və milli təhlükəsizliyi ilə bağlı maraqlarına uyğun olduğu bildirilib.
Polşa Rusiya istehsalı olan Miq-29 və Su-22 təyyarələrini əvəz etmək üçün F-35 istəyini ABŞ-a may ayında bildirmişdi.
ABŞ-dan 2017-ci ildə 10,5 milyard dollar dəyərində "Patriot" hava hücumundan müdafiə sistemi alan Polşa, son zamanlarda "HMARS" raket sistemlərilə yanaşı, 2 milyard dollarlıq hərbi ticarət dövriyyəsi həyata keçirmişdir.
Qeyd edək ki, Varşava 2026-cı ilədək hərbi sahəyə 47 milyard dollar vəsait xərcləməyi düşünür.
xalqqazeti.com