Estoniya hökuməti Ukrayna ilə viza rejimini birtərəfli qaydada ləğv etməyi planlaşdırır
Estoniya hökuməti Ukrayna ilə viza rejimini birtərəfli qaydada ləğv etməyi planlaşdırır
12 Sentyabr 2019 13:17 DünyaEstoniyanın Daxili İşlər Nazirliyi Ukrayna ilə viza rejimini birtərəfli qaydada ləğv etməyi planlaşdırır.
Olaylar.az xəbər verir ki, Estoniyanın Daxili işlər naziri Marti Xelmenin sözlərinə görə, ukraynalıların coğrafi mövqeyi və ümumi tarixi oxşarlıqları nəzərə alınarsa, bu addım məqsədəuyğun hesab edilə bilər.
Hazırda Estoniya əhalisinin sayı 1.34 milyon nəfərdir. Avropa Birliyi ölkələrində sürətlə davam edən miqrasiya nəticəsində eston mütəxəssislərinin daha yüksək əməkhaqqı müqabilində digər ölkələrdə işləməyə üstünlük verməsi ölkədə ciddi narahatlıq doğurmaqdadır. Hökumət bu boşluğu Ukraynadan və digər ölkələrdən gələn mütəxəssislərin hesabına doldurmaq niyyətindədir.
sia.az