Bu ölkədə ata olan şəxslərə 14 günlük məzuniyyət veriləcək
Bu ölkədə ata olan şəxslərə 14 günlük məzuniyyət veriləcək
12 Sentyabr 2019 11:03 Dünyaİsveçrədə ata olan kişilər iki həftəlik məzuniyyət alacaq. Buna ölkənin Milli Şurası səs verib. Bu vaxt ərzində onlar həyat yoldaşlarına yeni doğulmuş körpəyə baxmaqda kömək edə biləcək.
Qanun layihəsinin lehinə 129 nəfər, əlehinə isə 62 nəfər səs verib. Jurnalistlərin sözlərinə görə, ideyaya 20 il və parlamentdə 30-dan çox təşəbbüs tələb olunub.
Qeyd edək ki, Avropa Şurası üzv ölkələrinin bir çoxunda atalıq məzuniyyəti var. Onlar bir-birindən davamlılıq müddəti və verilən müavinətin miqdarı ilə fərqlənir.
qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31