İsa peyğəmbər rolunun ifaçısı evində ölü tapılıb

İsa peyğəmbər rolunun ifaçısı evində ölü tapılıb

"İisus Xristos - superulduz" müziklində baş rol oynamış aktyor Ceff Fenholt vəfat edib.

69 yaşlı aktyor evində ölü tapılıb.

Aktyor Endryu Lloyd Uebberin 1971-ci ildə hazırldağı müzikldəki İisus Xristos rolundan sonra məşhurluq qazanıb.

Qeyd edək ki, "İisus Xristos - superulduz" rok-operası 1970-ci ildə yazılıb və bir il sonra Brodveydə premyerası keçirilib. Bibliya əhvalatları əsasında hazırlanmış rok-opera İsa peyğəmbərin Yerusəlimə gəlişindən çarmıxa çəkildiyi vaxta qədər olan dövrü əhatə edir.

apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31