Alla Puqaçova harada dəfn olunacaq? - Özü açıqladı
Alla Puqaçova harada dəfn olunacaq? - Özü açıqladı
12 Sentyabr 2019 10:37 DünyaRusiyanın xalq artisti Alla Puqaçova özünə qəbir üçün torpaq sahəsi alıb.
Olaylar.az ölkə.az-a istinadən xəbər verir ki, torpaq sahəsi Kuzminski qəbiristanlığında, müğənninin qardaşının məzarının yanında yerləşir.
Alla Borisovnadan başqa bir çox məşhur ölmədən özlərinin son mənzillərinin tədarükünü görürlər. Onlar belə hesab edirlər ki, bu əvvəlcədən düşünülməlidir, çünki ölüm gözlənilmədən gəlir.
Müğənni Şura da qəbiristanlıqdan yer alan məşhurlardandır. O, hətta özünə iki qapılı tabut da sifariş verib.
Məşhur ifaçı İosif Kobzon hələ sağ olarkən Vostryakovski qəbiristanlığında özünə məzar yeri alıb. O, anasının qəbrinin yanında basdırılmasını vəsiyyət etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31