2 min 500 nəfərdən xəbər yoxdur - ÖLKƏ ŞOKDA

2 min 500 nəfərdən xəbər yoxdur - ÖLKƏ ŞOKDA

Baham adalarında "Dorian" qasırğasından sonra 2,5 min insan itkin düşüb.

Olaylar.az  xəbər verir ki, Baham adalarının fövqəladə hallar üzrə Milli Agentliyi hələ də 2 min 500 nəfərdən xəbər ala bilmədiklərini bəyan edib.

Bəzi şəxslərin sığınacaqlara yerləşdirildiyi güman edildiyindən son dəqiqləşmədən sonra itkin düşənlərin sayının azalacağı ehtimal olunur.

Qeyd edək ki, qasırğa sentyabrın 1-də ciddi fəsad yaradıb. BMT 70 min nəfərin təcili yardıma ehtiyacı olduğunu açıqlayıb.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31