İki ayağı olmayan 9 yaşlı qız tarixə düşdü - FOTO
İki ayağı olmayan 9 yaşlı qız tarixə düşdü - FOTO
11 Sentyabr 2019 15:16 DünyaKörpə ikən yaxalandığı xəstəliyə görə iki ayağı kəsilən ingiltərəli Daisi-May Demetre Nyu-York moda həftəsində podiuma çıxıb.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, 9 yaşlı qız iki ayağı olmadan podiuma çıxan ilk şəxs kimi tarixə düşüb.
"Lulu et Gigi" markası üçün podiuma çıxan qızın atası övladı ilə fəxr etdiyini bildirib.
Qeyd edək ki, Demetrenin ayaqları qamış sümüyündə yaranan problemlərə görə kəsilib. O, 8 yaşında ikən Londonda uşaq moda həftəsinə qatılıb. Azyaşlını "Gigi" markasının təsisçisi Eni Heqedus-Buiron görüb və onu Nyu-York moda həftəsinə dəvət edib.



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31