ABŞ səfirliyində GÜCLÜ PARTLAYIŞ - 18 il sonra... - VİDEO

ABŞ səfirliyində GÜCLÜ PARTLAYIŞ - 18 il sonra... - VİDEO

ABŞ-ın Əfqanıstanın paytaxtı Kabildəki səfirliyi atəşə tutulub.

Olaylar.az  redaktor.az-a istinadən xəbər verir ki, terrorçuların atdığı raket səfirliyin yaxınlığına düşüb. Ardınca ərazidə şiddətli partlayış səsi eşidilib. Ərazidə yerləşən tikililərə ciddi ziyan dəyib. 

Amerikalı diplomatlar hadisəni təsdiqləyiblər. Ölənlər barədə məlumat yoxdur. Xəsarət alanların olduğu bildirilir. Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Qeyd edək ki, hücumun "Əl-Qaidə" terror təşkilatının Nyu-Yorkda törətdiyi "11 sentyabr" partlayışlarının 18-ci il dönümünə təsadüf etməsi diqqət çəkir.

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31