Rusiyada GÜCLÜ YANĞIN - Sakinlər təxliyə edildi - VİDEO
Rusiyada GÜCLÜ YANĞIN - Sakinlər təxliyə edildi - VİDEO
10 Sentyabr 2019 17:44 DünyaRusiyanın Krasnodar vilayətindəki Gelencik şəhərində yerləşən bazarda güclü yanğın baş verib.
Olaylar.az Redaktor.az-a istinadən xəbər verir ki, alov qısa müddət ərzində 300 kvadrat metr ərazini əhatə edib. Yanğınsöndürənlər alovun yayılmasının qarşısını almaq üçün bir neçə saat səy göstərib.
İlkin məlumatlara görə, tələfat qeydə alınmayıb. Xilasedicilər yaxınlıqda məskunlaşan sakinləri təxliyə edib. Məlumata görə, bazarın ətrafında iri ticarət mağazaları yerləşir. Alov mağazalara və nəqliyyat vasitələrinə də ziyan vurub. Hadisənin səbəbləri araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31