İspaniya Senatının sədri ifşa edildi – Plagiat

İspaniya Senatının sədri ifşa edildi – Plagiat

İspaniya Senatının (parlamentin yuxarı palatası) sədri, eyni zamanda Barselona Universitetinin müəllimi olan Manuel Kruz fəlsəfə mövzusunda dərslik yazarkən plagiatlığa yol verib.

Olaylar.az  xəbər verir ki, bu barədə ABC qəzeti məlumat yayıb.

Nəşrin bildirdiyinə görə, 2002-ci ildə çap edilmiş və 2010-cu ildə yenidən çap olunan "Müasir fəlsəfə" dərsliyini tərtib edərkən, Kruz ən azı doqquz müəllifin əsərlərindən bütün paraqrafları mənbə və ya sitat əlamətlərini göstərmədən olduğu kimi köçürüb.

"ABC"nin yazdığına görə, Kruzun dərsliyində Avstriya və ingilis filosofu Karl Popper və italyan filosofları Canni Vattimo və Nikol Abbanyano da daxil olmaqla müxtəlif müəlliflərin əsərlərindən ən azı 15 plagiat hadisəsi aşkar edilib. Nəşr müqayisə üçün dərslikdən bir məqaləni və onun orijinalını dərc edib.

İspaniya Senatının sədri bu məlumata hələ heç bir reaksiya verməyib.

Bildirilir ki, Kruzun dərsliyi İspaniya, Meksika, Kolumbiya və Argentinada çap olunub və fəlsəfə üzrə oxuyan tələbələr tərəfindən müntəzəm istifadə olunur.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31