Hicabı çıxarmaqdan imtina edən iki müəllimə ilə bağlı – Qərar
Hicabı çıxarmaqdan imtina edən iki müəllimə ilə bağlı – Qərar
10 Sentyabr 2019 16:07 DünyaKanadanın Quebece əyalətində ictimai yerdə işləyənlərin dini simvollardan istifadəsini qadağan edən qanundan sonra Montreal şəhərində iki müəllimə hicabı açmağı rədd etdiyi üçün işdən çıxarılıb.
Montreal Müəllimlər İttifaqı bəyan edib ki, iki müsəlman müəlliməyə "ya başınızı açın, ya da işə gəlməyin" deyilib.
Onlar hicabdan imtina etmədiyi üçün işsiz qalıblar. İşdən çıxarılan müəllimələr bu qanunların tətbiq edilmədiyi özəl məktəblərdə fəaliyyət göstərmək imkanına malikdirlər.
Xatırladaq ki, Quebec əyalətində ictimai yerlərdə dini simvollardan istifadəni qadağan edən qanun ötən ay Məclisdə 35 əleyhinə olmaqla 73 lehinə səslə qəbul edilib.
teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31