Gizli qadın krallığı – Mosuolar - Foto
Gizli qadın krallığı – Mosuolar - Foto
10 Sentyabr 2019 13:17 DünyaMosuolar Çinin Yunnan və Siçuan əyalətlərinin Tibet sərhədi yaxınlıqlarında yaşayan kiçik bir etnik qrupdur. Təqribən 40.000 nəfər əhalisi olab bu qrup Yongning bölgəsi və Lugu gölü ətrafında məskunlaşmışlar. Mosuoların tamamilə fərqli mədəniyyəti olmasına baxmayaraq, Çin höküməti onları Naxilərlə eyni azlıq qrupa daxil etmişdir.
Olaylar.az bildirir ki, Mosuolar anaxaqlanlığı (matriarxal) həyat tərzinə malikdirlər. Mosuo mədəniyyəti əsasən anaxaqanlığının saxlandığı yeganə azlıqlardan biridir. Həqiqətdə bir çox ailədə qadınların ailənin rəisi qəbul edilməsi, mükiyyətin qadın nəsli yolu ilə keçməsi, ticarət qərarlarının qadınların qəbul etməsi kimi Mosuo mədəniyyəti bir çox matriarxal xüsusiyyətlər daşıması ilə yanaşı, siyasi gücün daha çox kişilərin əlində cəmlənməsi onların tam olaraq matriarxal olmadıqlarını göstərir.
Mosuo ailələri köklərini ailənin ana tərəfindən götürürlər. Ah-mi adlandırılan yaşlı qadınlar evin rəisidir. Ah-mi evdə yaşayan şəxsləri maraqlandıran qərarları qəbul edir, həmçinin ailə gəlirlərini və ailə üzvlərinin işlərini həll edir.
Mosuo mədəniyyətində ümümiyyətlə evlilik anlayışına rast gəlinmir. "Gediş evliliyi" və ya "ziyarət əlaqəsi" adlandırılan münasibətlər qurulur.
Həddi-buluğa çatma mərasimi 12-14 yaşları arasında olur və Mosuo uşaqlarının həyatlarında ən önəmli hadisələrdən biridir. Mərasimdən öncə Mosuo uşaqları əsasən eyni paltarları geyinirdi və onlar üçün Mosuo həyat tərzinin bəzi xüsusiyyətləri qadağan edilmişdir. Lakin bu mərasimdən sonra qızlara yubkalar, kişilərə isə şalvarlar verilir. Ona görə də bəzən bu mərasimi kişilər üçün şalvar, qadınlar üçün yubka mərasimi adlandırırlar.
Mosuolar əsasən iki dinə inanırlar. Onların Daba adlanan tarixi dinləri var və bu min illərdir ki, onların mədəniyyətinin bir hissəsini təşkil edir. Onların əcdadları da bu dinə sitayiş etmişlər. Digər inandıqları din isə Tibet Buddizmidir ki, bu əsasən son dövrlərdə onların mədəniyyətinin bir hissəsinə çevrilmiş və hal-hazırda gündəlik həyatlarında mühüm rol oynayır.
Mosuolar Tibet-Burman dil ailəsinə məxsus olan Naxi dilində (Naxi dilinin dialekt forması) danışırlar. Ümumiyyətlə regionun Çin tərəfindən işğalından sonra Mosuolar gündəlik əlaqələrində Xan şriftlərindən istifadə edirlər.


