Şimali Koreya Yaponiya dənizi istiqamətində iki naməlum mərmi atıb
Şimali Koreya Yaponiya dənizi istiqamətində iki naməlum mərmi atıb
10 Sentyabr 2019 12:25 DünyaŞimali Koreya çərşənbə axşamı Yaponiya dənizi istiqamətində iki naməlum mərmi atıb. Olaylar.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreyanın Baş Qərargah Rəislərinin Birgə Komitəsinə istinadən məlumat yayıb. Məlumata görə, naməlum mərmilər KXDR-in qərbində yerləşən Pxenyan-Namdo əyalətinin ərazisindən şərqə doğru atılıb. Mərmilərin növü və onların uçuş məsafəsi barədə məlumat verilmir. Bildirilir ki, Cənubi Koreya silahlı qüvvələri yeni atış hallarını izləyir və döyüş hazırlığı vəziyyətinə gətirilib.
sia.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31