Şəhid cənazələri müsadirə olunacaq - Məhkəmədən şok qərar
Şəhid cənazələri müsadirə olunacaq - Məhkəmədən şok qərar
10 Sentyabr 2019 11:50 Dünyaİsrail Ali Məhkəməsi fələstinli şəhidlərin cənazəsinin müsadirə edilməsi haqda aşağı instansiyanın qərarını qüvvədə saxlayıb.
Olaylar.az xəbər verir ki, İsraildə ərəb azlığın hüquq mərkəzi olan ADALAH tərəfindən verilən açıqlamada Ali Məhkəmənin İsrail əsgərləri tərəfindən şəhid edilən fələstinlilərin cənazəsinə əl qoyulması praktikasının davam edilməsinə yaşıl işıq yandırıb.
Açıqlamada qalmaqallı qərar kimi qiymətləndirilən məhkəmə aktının beynəlxalq hüququn təməl prinsiplərini pozduğu ifadə edilib.
Fələstin Azadlıq Təşkilatına bağlı olan Fələstin Əsirlər Komitəsinin vəkili Məhəmməd Mahmud isə deyib ki, belə bir qərarın qəbul edilməsində məqsəd Qəzzadakı fələstinli qurumlarla bazarlıq etməsdir.
İsrail 2015-ci ildən bu yana 304 şəhid cənazəsinə əl qoyub.
teleqraf.com