Tokio aeroportu bir gecəlik yataqxanaya çevrildi

Tokio aeroportu bir gecəlik yataqxanaya çevrildi

Ən azı 13 min insan Yaponiya paytaxtının hava limanında gecələməli olub.

TASS xəbər verir ki, "Faksay" tayfunu içtimai nəqliyyatın işində nasazlıq yaradıb.

Dəmir yollarının və şoselərin bağlanması nəticəsində insanlar aeroportda gecələməyə məcbur olublar.

Narita beynəlxalq hava limanının adminisrtasiyası insanların yardımına gəlib: onlara pulsuz su, yemək və yataq çantaları paylanıb.(Oxu.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31