Mədəndə FACİƏ - Ölən var
Mədəndə FACİƏ - Ölən var
9 Sentyabr 2019 18:42 Dünyaİranın şimalında yerləşən Mazandaran vilayətinin Nur rayonunun Çəmestan məntəqəsində daş-kömür mədənində partlayış baş verib.
Bunu İranın Mazandaran vilayəti təcili yardım idarəsinin sözçüsü Zəkəriyya Əşkpur deyib.
Z.Əşkpurun sözlərinə görə, ötən gün baş verən hadisə nəticəsində bir fəhlə həlak olub, daha biri yaralanıb.
İdarə rəsmisi əlavə edib ki, yaralı xəstəxanaya çatdırılıb.
Hadisə ilə əlaqədar araşdırma aparılır.
İranın Mazandaran vilayətində 117 mədəndə 3,5 min işçi işləyir.
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31