Qroznıda polisə atəş açdılar

Qroznıda polisə atəş açdılar

Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərinin yerli sakini maşından polisə tapança ilə atəş açıb.

Olaylar.az  bildirir ki, bu barədə Çeçenistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, bazar ertəsi səhər saat 08:30-da Qroznının Leninski rayonu ərazisindəki Petropavlovsk şosesində polis "Ford" markalı avtomobili idarə edən 2001-ci il təvəllüdlü Usman Aziyevi saxlayıb. U. Aziyev saxlanılan zaman polis əməkdaşlarına tərəf tapançadan atəş açıb. Polis əməkdaşları cavab atəşi açıblar və həmin şəxs öldürülüb.

Hadisənin baş verməsinin səbəbi dəqiqləşdirilir. Hadisə yerində istintaq-əməliyyat qrupu işləyir.

Virtualaz.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31