Mark Senford prezidentliyə namizədliyini irəli sürəcək

Mark Senford prezidentliyə namizədliyini irəli sürəcək

Cənubi Karolina ştatının keçmiş qubernatoru, ABŞ Nümayəndələr Palatasının bu ştatdan olan üzvü Mark Senford prezidentliyə namizədliyini irəli sürəcəyini elan edib. Beləliklə o, Donald Trampa meydan oxuyan üçüncü respublikaçı olacaq.

Senford keçən həftə dediyinə görə, "Dorian" qasırğası sovuşan kimi o, prezidentliyə namizədliyini irəli sürmək qərarını rəsmən bəyan edəcək.

Olaylar.az  AZƏRTAC-a istinadən bildirir ki, aprel ayında Massaçusets ştatının keçmiş qubernatoru Bill Uelt, avqust ayında isə, Nümayəndələr Palatasının İllinoys ştatından olan keçmiş üzvü Co Uolş öz namizədliyini elan edib.

Senford Konqresə ilk dəfə 1994-cü ildə seçilib. 2002-ci ildə qubernator vəzifəsinə namizədliyini irəli sürməsi uğurla başa çatıb, 2006-cı ildə isə yenidən bu vəzifəyə seçilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31