Qadın iki uşağını özünə bağlayaraq suda boğdu
Qadın iki uşağını özünə bağlayaraq suda boğdu
9 Sentyabr 2019 17:12 DünyaRusiyalı qadın iki az yaşlı uşağı özünə bağlayaraq suda boğub.
Olaylar.az "Ölkə.Az"a istinadən xəbər verir ki, Kamçatka sakini Vilyuçinsk şəhərində Kraşeninnikov buxtasında iki uşağın boğulmasında şübhəli bilnib.
Bu barədə İstintaq Komitəsinin Sərhəd İdarəsinin saytında məlumat verilib. İstintaqın versiyasına görə, sentyabrın 9-da 27 yaşlı qadın buxtanın sahilində 1,5 aylıq və 5 yaşlı iki uşağı boğub. Şahidlərin sözlərinə görə, qadın uşaqları özünə bağlayıb. Polislər ana və uşaqları çıxarıb, ancaq kiçik uşaq ölü vəziyyətdə, böyük uşaq isə xəstəxanada ölüb. Qadını xilas etmək mümkün olmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31