Pornoya çəkilən qızını öldürmək istəyən ata saxlanıldı
Pornoya çəkilən qızını öldürmək istəyən ata saxlanıldı
9 Sentyabr 2019 16:25 DünyaBöyük Britaniyada yaşayan iki əfqanıstanlı - 54 yaşlı Məhəmməd Patman və 49 yaşlı Dərya Xan Səfi Patmanın 25 yaşlı qızını öldürməyi planlaşdırırmış.
Buna səbəb qızın pornoaktrisa fəaliyyəti ilə məşğul olması olub. O, həyat yoldaşının Slovakiyada çəkdiyi erotik filmlərdə çəkilirmiş.
Polislər cinayətkarların izinə düşüb. Kişilər avtomobillə Slovakiyaya getməyi və qızı iş yerindəcə öldürməyi planlaşdırırmış.
Hər iki şübhəli şəxsin Əfqanıstanda britaniyalılara kömək etdikləri üçün Birləşmiş Krallıqda yaşamaq icazəsi aldıqları məlum olub. İndi onları Əfqanıstana ekstradisiya edəcəklər.
qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31