Qadının kipriklərindən minlərlə gənə tapdılar
Qadının kipriklərindən minlərlə gənə tapdılar
9 Sentyabr 2019 16:18 DünyaÇinin Hubey vilayətinin sakininin kipriklərində gənələr yuva salıblar.
Olaylar.az xəbər verir ki, 32 yaşlı qadın son yarım ildə gözlərinin qıcıqlanmasından və kipriklərinin tökülməsindən şikayətlənib. Xəstəxanaya müraciət etdikdən sonra onun kipriklərində anomal sayda mikroskopik gənələr tapıblar.
Həkimlərin rəyinə görə, qadın yatmadan əvvəl üzündəki kosmetikanı tam yumayıb, yaxud elə kosmetikalı yatıb. Ölmüş dəri və kosmetika çirki gənələrin çoxalması üçün münbit şərait yaradıb.
Gənələrin artımına isti hava şəraiti də təsir göstərir: bir kiprikdə 36-dək qədər həşərat yaşaya bilər.
milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31