Moskvada Ermənistan vətəndaşı İŞİD-ə yeniyetmələri cəlb etdiyi üçün həbs edilib

Moskvada Ermənistan vətəndaşı İŞİD-ə yeniyetmələri cəlb etdiyi üçün həbs edilib

Rusiya Hərbi Məhkəməsinin Moskva dairəsi Ermənistan vətəndaşı Aşot Qriqoryanı yetkinlik yaşına çatmayanları terrorçu İŞİD qruplaşmasına cəlb etməkdə mühakimə olunaraq 14 il müddətinə azadlıqdan məhrum edilib.

Bunu Rusya Federal Təhlükəsizlik Xidmətinin Vladimir vilayəti İdarəsinin Mətbuat xidmətindən bildirilib.

Aşot Qriqoryan cəzasını ciddi rejimli həbsxanada çəkəcək.

Federal Təhlükəsizlik Xidmətinin vilayətdəki əməkdaşları Qriqoryanın qanunazidd fəaliyyətnə görə əvvəllər 10 il həbsdə olduğunu aşkar ediblər.

report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31