2 milyon yarıma satılan göyərçinə rəqib gəlir
2 milyon yarıma satılan göyərçinə rəqib gəlir
9 Sentyabr 2019 14:39 DünyaDünyanın ən bahalı göyərçini ünvanını əldə edən Armandonun rekordunu öz balaları yeniləyəcək.
Olaylar.az bildirir ki, balalar gələcəyin uçuş çempionları kimi yetişdirilir. Armandonu da yetişdirən belçikalı Coel Versşut dünyanın ən yaxşı göyərçin tərbiyəçisi hesab olunur.
O, göyərçinlərinin saatda 80 kilometr sürətlə uçmasının sirrini açıqlayıb. C.Versşut erkək və dişi göyərçinləri bir-birilərindən ayırdığını deyib:
"Erkək və dişiləri bir-birindən ayırdığım üçün eşq həsrətilə daha da sürətlə uçurlar".
Xatırladaq ki, Armando adlı göyərçin 1.2 milyon avroya (təxminən 2 milyon 300 min AZN) satılıb.
sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31