İstanbuldan ayrılan Qərbi Avropadakı Rus Pravoslav Kilsələrindən YENİ QƏRAR
İstanbuldan ayrılan Qərbi Avropadakı Rus Pravoslav Kilsələrindən yeni qərar
9 Sentyabr 2019 14:07 DünyaMərkəzi Parisdə olan Qərbi Avropadakı Rus Pravoslav Kilsələrinin Arxiyepiskopluğu İstanbul Rum Pravoslav Patriarxlığı (Konstantinopol Pravoslav Kilsəsi) ilə yaşanan gərginlikdən sonra keçirilən səsvermədə Moskva Patriarxlığı ilə birləşmə qərarı qəbul edilib.
Qərbi Avropa Rus Pravoslav Kilsəsi Arxiyepiskopluğu şənbə günü keçirilən növbədənkənar ümumi yığıncağında keçirilən səsvermədə, Moskva Patriarxlığı ilə birləşmə layihəsini 58% səs çoxluğu ilə qəbul edib.
Skandinaviyadan İspaniyaya təxminən 120 icmanın aid olduğu kilsələrin arxiyepiskopu Jan de Çarioupolisdir.
Paris mərkəzli arxiyepiskopluq 1917 Bolşevik İnqilabından sonra Qərbə sürgünə göndərilən rusları təmsil edirdi. 1931-ci ildə İstanbul Fənər Rum Patriarxlığı tərəfindən idarə edilməyə başlanan Rus Pravoslav Kilsələri Arxiyepiskopluğu bütövlük və muxtariyyətini saxlayırdı.
Səsvermə ötən il sonundan etibarən İstanbul ilə gərginləşən münasibətlərdən sonra keçirilib. İstanbul Rum Pravoslav Patriarxlığı 2018-ci ildə Qərbi Avropa Rus Pravoslav Kilsələrinin statusunu yenidən təşkil etmə qərarı qəbul etmişdi.
Açıqlamada, Arxiyepiskopluğun Moskva Patriarxlığı statuslarına əlavə olunacaq yeni bir növ quruluş yaradacağı bildirilib.
Qərbi Avropa Rus ənənəsi icmalarının Patriarxlığa tabe qalmasını istəyən İstanbul Rum Pravoslav Kilsəsinin arxiyepiskopu I Varfolomeyin bu qərara necə reaksiya verəcəyi gözlənilir.
EASTNEWS.ORG