Məşhur aktyorun ailəsi qasırğada itkin düşdü
Qasırğadan sonra əfsanəvi Hollivud ulduzu Sidni Puatyenin ailəsindən 23 nəfərin itkin düşdüyü açıqlanıb.
9 Sentyabr 2019 14:00 DünyaBaham adalarında şiddətli "Dorian" qasırğası 13 mindən çox binaya və böyük ərazilərə zərər vurub.
Olaylar.az xarici mediaya istinadən bildirir ki, Adanın Səhiyyə Nazirliyi itki sayının daha çox olduğunu, suyun səviyyəsinin çox olmasına görə dəqiq məlumat verməyin mümkünsüzlüyünü bildirib.
Qasırğadan sonra əfsanəvi Hollivud ulduzu Sidni Puatyenin ailəsindən 23 nəfərin itkin düşdüyü açıqlanıb.
Puatye Qrand Bahama adasında yaşayan bacısı Barbara və onun övladlarından xəbər ala bilmədiyini açıqlayıb
Qeyd edək ki, "Dorian" güclənərək artıq Kanada sahillərinə çatır. Xilasetmə tədbirləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31