Müsəlmanlara şok qadağa: “Evdən çölə çıxsanız...”

Müsəlmanlara şok qadağa: “Evdən çölə çıxsanız...”

Kəşmirin Hindistanın nəzarətindəki ərazilərində təhlükəsizlik qüvvələri ilə müsəlmanlar arasında baş verən qarşıdurmadan sonra rəsmi Dehli bölgədə küçəyə çıxma qadağası elan edib.

Olaylar.az  xəbər verir ki, Cammu və Kəşmirdə Hindistan təhlükəsizlik qüvvələri ilə məhərrəm ayı ilə əlaqədar matəm mərasiminə qatılan müsəlmanlar arasında şiddətli qarşıdurma baş verib.

Olaylardan sonra Hindistan hökuməti Seringer şəhərində və ətraf bölgələrdə küçəyə çıxma qadağası elan edib.

Məlumata görə, Hindistan polisi müsəlmanların küçələrə çıxmasının qarşısını almaq üçün ərazilərdə nəzarəti gücləndirib.

Əlavə edək ki, rəsmi Dehli bir müddət əvvəl Cammu və Kəşmirin muxtar statusunun məhdudlaşdırılması və bu münaqişəli bölgələrin birləşdirilməsinə dair qərar qəbul edib. Hindistan tərəfinin bu addımı Pakistanın kəskin etirazı ilə qarşılanıb.

Rəsmi İslamabad Hindistanı tərəfləri savaşa təhrik etməkdə ittiham edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31