İrəvan-Moskva reysində bomba təhlükəsi

İrəvan-Moskva reysində bomba təhlükəsi

"Sibir" aviaşirkətinin İrəvan-Moskva reysi ilə uçan təyyarəsi hava limanında 2 saatdan artıq gözlədilib.

Olaylar.az  xəbər verir ki, bu barədə Zvartnots hava limanının mətbuat xidməti informasiya yayıb.

Məlumata görə, sərnişinlərdən birinin təyyarədə bomba olmasını bildirməsi təşvişə səbəb olub və uçuşu 2 saat 20 dəqiqə ləngiyib. İnsident həll edildikdən sonra təyyarənin uçuşuna icazə verilib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31