Məşhur müğənni vəfat etdi
Məşhur müğənni Kamilo Sesto 72 yaşında vəfat edib.
9 Sentyabr 2019 11:52 DünyaMəşhur müğənni Kamilo Sesto 72 yaşında vəfat edib.
Olaylar.az xəbər verir ki, sənətçi Madriddəki xəstəxanada ürəktutmasından vəfat edib. Baş nazir Pedro Sançezin sənətçinin ölümü ilə bağlı ulduzun yaxınlarına və pərəstişkarlarına başsağlığı verib.
O, bildirib ki, Sestonun ölümü ispan xalqı üçün böyük itkidir.
Məlumat üçün bildirək ki, müğənni "El Amor de mi Vida", "Perdoname", "Quieres ser mi amante" və digər hit mahnıların müəllifidir. İngilis, alman, yapon, katalan və digər dillərdə də mahnı ifa edən Kamilo Sestonun 70 milyondan çox albomu satılıb.
publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31