Humanitar konvoya hücum: 29 ölü, 10 yaralı

Humanitar konvoya hücum: 29 ölü, 10 yaralı

Burkina-Fasonun Dablo Kelbo bölgəsində humanitar yardım daşıyan bir konvoya silsilə hücumlar olub.

Olaylar.az publika.az-a istinadən xəbər verir ki, 3 ayrı hücumda 29 nəfər ölüb, 10-u yaralanıb.

İnsan itkisi ilə yanaşı, konvoya ciddi maddi zərərin olduğu bildirilir.

Qeyd edək ki, son 4 ildə ölkədə terror təşkilatlarının təşkil etdiyi hücumlarda 500-dən çox insan həyatını itirib. Əvvəllər ölkənin şimalında artan hücumlar tədricən Toqo və Benin sərhədindəki şərq bölgələrinə də keçib. 13 vilayətdən ibarət Burkina-Fasonun qərb və mərkəzi hissələrində yerləşən 7 vilayətdə fövqəladə vəziyyət rejimi tətbiq olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31