Yaponiyada tufan: 930 min ev işıqsız qaldı
9 Sentyabr 2019 10:12 DünyaYaponiyanın Tokio şəhərində güclü "Faks" tufanı səbəbindən təxminən 930 min yaşayış evi müvəqqəti olaraq işıqsız qalıb.
Yenicag.az-ın məlumatına görə, bu barədə "TEPCO" energetika kompaniyası bildirib.
Məlumata əsasən, Tokio ilə yaxınlıqda olan Çiba Prefekturasında ən az 20 nəfər xəsarət alıb. Həmin prefekturada güclü yağışlar torpaq sürüşməsinə səbəb olub.
Sakit okeandan Tokioya yaxınlaşan tayfuna görə yüzə yaxın avia reyslər ləğv edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31