CHP-nin İstanbul təşkilatının rəhbəri barədə həbs qərarı
CHP-nin İstanbul təşkilatının rəhbəri barədə həbs qərarı
6 Sentyabr 2019 18:22 DünyaTürkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul təşkilatının sədri Canan Kaftancıoğlu barədə həbs qərarı çıxarılıb.
Kaftancıoğlu sosial şəbəkədəki bəzi paylaşımları səbəbilə 9 il 8 ay həbs cəzasına məhkum edilib.
Haqqında həbs qərarı verilməyən Kaftancıoğlu apelyasiya məhkəməsinə müraciət edəcək.
Qeyd edək ki, CHP sədri "Prezidentə həqarət", "Türkiyəni təhqir etmək", "Xalqı kin və düşmənliyə təhrik etmə", "Terroru təbliğ etmək"də günahlandırılır.
open.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31