Nikki Minajdan pərəstişkarlarını şok edən qərar

Nikki Minajdan pərəstişkarlarını şok edən qərar

Amerikalı müğənni Nikki Minaj aldığı qərarla pərəstişkarlarını kədərləndirib.

Olaylar.az  xəbər verir ki, sənətçi musiqidən getdiyini açıqlayıb. O, bu haqda 20 milyondan çox izləyicisi olan "Twitter"də yazıb.

"Pensiyaya çıxmağa və ailəmə vaxt ayırmağa qərar verdim. Artıq sizlərin xoşbəxt olduğunu bilirəm. Sevənlərimə səslənirəm, ölənə qədər mənə qulaq asmağa davam edin" deyə, 36 yaşlı Minaj yazıb.

Onun bu statusuna minlərcə şərh gəlib. Sevgilisi Kennez Petti ilə nikah masasına oturmağa hazırlaşan Minaj 12 avqustda qatıldığı verilişdə 280 gün içində ərə gedəcəm" deyib.

axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31