Ermənistanda mer istefaya getdi - Şəhərdən çıxmasına QADAĞA QOYULDU

Ermənistanda mer istefaya getdi - Şəhərdən çıxmasına QADAĞA QOYULDU

Ermənistanın İcevan şəhərinin meri Vardan Qalumyan istefa verib.

Olaylar.az  ölkə.az-a istinadən xəbər verir ki, bu barədə Tavuş əyalətinin qubernatoru Ayk Çobanyan məlumat verib.

"İcevan icmasının rəhbəri  qanuna müvafiq olaraq  öz səlahiyyətlərini  dayandırmaq barədə  bəyanatı təqdim edib.  İstefanın səbəbləri açıqlanmır"- Çobanyan deyib. İstintaq komitəsi isə İcevan merinə qarşı  Ermənistan Cinayət Məcəlləsinin  308.1 maddəsi ilə cinayət işi açıb. Merin  şəhəri tərk etməməsi barədə tədbir seçilib və bununla bağlı ondan yazılı iltizam alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31