ABŞ-da nadir ikibaşlı ilan tapıldı - FOTO
ABŞ-da nadir ikibaşlı ilan tapıldı - FOTO
6 Sentyabr 2019 17:27 DünyaABŞ-ın Nyu-Cersi ştatında gerpetoloqlar (sürünənlər sinfini tədqiq edən alimlər - red.) ikibaşlı ilan tapıblar.
Bu barədə ABC məlumat yayıb.
Qeyd edilir ki, iki başı, iki dili, dörd gözü olan 20 sm-lik ilanı meşədə Deyv Şnayder və onun həmkarı tapıb.
Şnayderin sözlərinə əsasən, vəhşi şəraitdə bu ilan uzun müddət yaşaya bilməz. O, ləng tərpənir və buna görə də yırtıcılar üçün asan ova çevrilə bilər. Bununla əlaqədar olaraq, alimlər ilanı işə aparıblar və onu qida ilə təmin ediblər.
Bizimlə əlaqə saxlayı
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31