"Paşinyan çox təhlükəli böyük oyuna başladı" - Bekaryan

"Paşinyan çox təhlükəli böyük oyuna başladı" - Bekaryan

Bu sözləri erməni ictimai, siyasi xadim Karen Bekaryan öz "Facebook" səhifəsində Ermənistanın Baş naziri Nikol Paşinyan və "Sasna Tsrer" partiyası (daha öncə silahlı qruplaşma-red.) nümayəndələrinin görüşünə münaibət bildirərkən yazıb.

"Nikol Paşinyan Sasna Tsrerlə dünənki görüşlə çooox təhlükəli böyük oyuna başladı. Ermənistan üçün təhlükəli. Artıq indi Artur Vanetsyan, Davit Tonoyan və Zohrab Mnatsakanyandan - bu ölkənin dövlət xadimlərindən çox şey asılı olacaq. Allah ölkəmizi qorusun".

Xatırladaq ki, dünən Nikol Paşinyan və "Sasna Tsrer"in rəhbər heyəti arasında görüş baş tutub.

ordu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31