Türkiyədə 4 it cinsinə qarşı qadağa tətbiq edildi
Türkiyədə 4 it cinsinə qarşı qadağa tətbiq edildi
6 Sentyabr 2019 16:21 DünyaQərar Sivas Heyvanları Qoruma Dərnəyinin toplantısında qəbul edilib
Türkiyənin Sivas bölgəsində 4 it cinsinin yayılmasına qadağa tətbiq edilib.
Türkiyə mətbuatı xəbər verir ki, qərar Sivas Heyvanları Qoruma Dərnəyinin toplantısında qəbul edilib.
Belə ki, Sivas bələdiyyəsi sədrinin köməkçisi Yeliz Yıldızhanın rəhbərliyi ilə keçən toplantıda 5199 saylı "Heyvanları qoruma haqqında" Qanunun 14-cü maddəsi əsasında təhlükəli hesab edilən heyvanlarla bağlı müzakirələr aparılıb. Aparılan qiymətləndirmə nəticəsində yayılmış yazılı açıqlamada Sivasda Pitbull, Japanese Tosa, Dogo Argentino, Fila Brasilerio cinsli itlərin ölkəyə gətirilməsi, satışı, nəslinin artırılması, mübadilə edilməsi və hədiyyə verilməsinin qadağan olduğu bildirilib.
Qərara əsasən, bu it cinslərinə sahib olan şəxslər haqqında hər heyvan başına görə 7802 türk lirəsi (2342 AZN) cəza tətbiq ediləcəyi və itlərin də müsadirə olunacağı qeyd olunub.(apa.az)