Yəməndə həbsxanaya hücum - Ölü sayı 156-ya çatdı
Yəməndə həbsxanaya hücum - Ölü sayı 156-ya çatdı
6 Sentyabr 2019 15:49 DünyaSəudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələrinin Yəmənin Zamar şəhərindəki həbsxanaya hücumu nəticəsində ölənlərin sayı 156-ya çatıb.
Olaylar.az xəbər verir ki, yaralıların sayı isə 50 nəfərdir.
Yaralılardan vəziyyəti ağır olanlar olduğu üçün ölənlərin sayının artacağı istisna edilmir.
Qeyd edək ki, koalisiya qüvvələri bir neçə gün öncə həbsxananı hava hücumu nəticəsində dağıdıb.
BAKU.WS
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31