Davudoğlu rəsmən AKP-dən çıxarıldı – Şok səbəblər
Davudoğlu rəsmən AKP-dən çıxarıldı – Şok səbəblər
6 Sentyabr 2019 15:28 DünyaTürkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sabiq baş nazir Əhməd Davudoğlu və keçmiş 3 deputata partiya sıralarından çıxarılması barədə yazılı bildiriş göndərib.
Olaylar.az xəbər verir ki, Davudoğlu ilə yanaşı, AKP-dən çıxarılanlar arasında Selçuk Özdağ, Ayhan Sefer Üstün və Abdullah Başçı var.
Bildirişdə həmin şəxslərin partiyadan hansı səbəblər əsasında çıxarılması izah olunub.
Sənəddə "partiyanın fundamental prinsiplərinə zidd davranışlar", "cəmiyyətdə partiya haqda yanlış rəy formalaşdırmaq" kimi səbəblər göstərilib.
Bildirişdə eyni zamanda, xüsusilə Əhməd Davudoğlunun son günlərdə Prezident Rəcəb Tayyib Ərdoğana yönəlik fikirlər səsləndirməsi də yer alıb.
miq.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31