Yaponiyanın ən zəngin adamı öz biznesini bir qadına vermək istəyir
Yaponiyanın ən zəngin adamı öz biznesini bir qadına vermək istəyir
6 Sentyabr 2019 15:15 DünyaFast Retailing riteyl-şirkətinin qurucusu və Uniqlo mağazalar şəbəkəsinin sahibkarı Tadashi Yanai öz biznesini bir qadına vermək istəyini bildirib.
Olaylar.az bildirir ki, bu barədə Bloomberg" məlumat verib.
"Bloomberg"ə müsahibə verən milyarder ümid edir ki, Fast Retailing-in əməkdaşlarının 50%-dən çoxu qadınlar olacaq.
İş adamının varisi Uniqlo-nun Yaponiya rəhbəri Maki Akaida ola bilər.
Qeyd edək ki, Tadashi Yanai Yaponiyada ən zəngin iş adamıdır. Forbes onun sərvətini 22,2 milyard dollar dəyərləndirir, dünya reytinqində isə o, 41-ci yeri tutur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31