Paşinyanın adamı pedofil çıxdı FOTOFAKT!

Paşinyanın adamı pedofil çıxdı FOTOFAKT!

Kaliforniyada səsli-küylü məhkəmə olacaq

Ermənistanın baş naziri Nikol Paşinyanın cinsi azlıqları müdafiə etməsi faktı artıq dəfələrlə öz təsdiqini tapıb. Hətta LGBT-yə yaşıl işığın yandırılması, ölkədəki gey və lesbiyanların parlamentdə çıxışlarına imkanın yaradılması da belə qənaətə gəlməyə zəmin yaradır ki, yaxın vaxtlarda erməni hökumətinin təmsilçiləri arasında həmin toplumun adamları görünməyə başlayacaq.

Yeri gəlmişkən, SİA xəbər verir ki, bu günlərdə Nikol Paşiunyana yaxınlığı ilə seçilən, "məxməri inqilab" vaxtı onun ən yaxın tərəfdarlarından, eləcə də təbliğatçılarından olan hüquq müdafiəçisi, araşdırmaçı jurnalist, həmçinin "Ermənistanın siyasi forumu" analitik mərkəzinin üzvü Ara Mankukyan ABŞ-ın Kaliforniya ştatında saxlanılıb. O, pedofiliyada (uşaqbazlıqda - R.N.) ittiham olunur. Sözügedən məsələ barədə isə feysbuk istifadəçisi Raffi Şişoyan statusunda yazıb.

Ara Mankukyanı 10 il həbs gözləyir

Məlum olub ki, Ara Manukyana 2019-cu ilin avqust ayının 6-da seksual xarakterli cinayət ittihamı irəli sürülüb və xüsusilə prdofiliya. Kaliforniyanın cinayət məcəlləsinə görə ittiham 14 yaşlı həddi-büluğa çatmamış oğlan uşağına qarşı amoral hərəkət olaraq qeydə alınıb.

"Bu, publik yazı Ara Manukyan adlı cinayətkarla əlaqəli olan bütün insanlara və təşkilatlara onunla münasibətlərinə yenidən baxmaları və öz uşaqlarının təhlükəsizliyini təmin etmələri üçün çağırışdır", deyə feysbuk istifadəçisi yazıb.

O da bəlli olub ki, Nikol Paşinyanın yaxın çevrəsi hesab edilən Ara Manukyanı 10 il həbs cəzası gözləyir və o, Kaliforniyanın ərazisini tərk etməmək üçün məhkəməyə 1 330 000 ABŞ dolları miqdarında girov qoyub.

Raffi Şişoyan: "O, ABŞ-ın erməni cəmiyyətini tamamilə parçalayıb"

Ermənistanın "tert.am" saytı statusun sahibi Raffi Şişoyanla əlaqə saxlayıb və o da öz növbəsində Kaliforniya polisi və məhkəməsinin sənədlərini ictimailəşdirib.

"Mən Ara Manukyanın fəaliyyətini çoxdan izləyirəm. O, ABŞ-ın erməni cəmiyyətini tamamilə parçalayıb. Bu işlə o Ermənistanda inqilab baş verməmişdən əvvəl və sonra da məşğul olub. İndi də o, Paşinyan hökumətini dəstəkləyir, buna qədər isə "Sasna srer" hərəkatının lehinə çıxış edirdi", deyə Şişoyan qeyd edib.

Nəticədə isə, ortadakı fakt belə əsaslandırıla bilər ki, bu gün LGBT-yə dəstək verən Paşinyanın ətrafında amoral və anormal insanlar toplaşıblar və onların erməni hakimiyyətinin ətrafında sözügedən cinayətlər törətmələri artıq adi hala çevrilib. Bu baxımdan, Ara Mankukyanın pedofiliya məsələsində ittiham olunması Paşinyan iqtidarına vurulan ağır zərbələrdən biri kimi qiymətləndirilə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31