Türkiyəni "terror ölkəsi" adlandırıldı - Livan səfiri XİN-ə çağırıldı
Türkiyəni "terror ölkəsi" adlandırıldı - Livan səfiri XİN-ə çağırıldı
6 Sentyabr 2019 13:59 DünyaLivanın Ankaradakı səfiri Həssən Müəllim Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Olaylar.az xəbər verir ki, buna səbəb isə bir qrup şəxsin Beyrutda Türkiyə səfirliyi qarşısında etiraz aksiyası keçirməsi olub.
Aksiya iştirakçıları Türkiyəni "terror ölkəsi" adlandırıb və Türkiyənin dövlət bayrağını yandırıblar.
Türkiyə XİN Livan səfirinə iradlarını çatdıraraq belə təxribatçı aksiyalara son qoyulmasını və Beyrutdakı səfirliyin təhlükəsizliyinin təmin edilməsini tələb edib.
Yenicag.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31