Ermənistanda məhbuslar qiyam qaldırıb
Ermənistanda məhbuslar qiyam qaldırıb
6 Sentyabr 2019 12:12 DünyaErmənistanda cəzaçəkmə müəssisələrində məhbuslar qiyam qaldırıb.
Yerli kütləvi informasiya vasitələrində həbsxanalarda kriminal avtoritetlərə qarşı təzyiqlərin edilməsi barədə məlumatlar yayılıb.
Xüsusi ilə bildirilib ki, Ədliyyə Nazirliyi əməkdaşları tərəfindən məhbuslar və onların əşyaları üzərində ciddi nəzarət tədbirləri həyata keçirilib. Nəzarət tədbirlərindən sonra məhbuslardan telefonlar, internet avadanlıqları və qadağan olunmuş əşyalar aşkarlanıb.
Ermənistanın Ədliyyə naziri Rustam Badasyan isə "Facebook"da bildirib ki, ölkə həbsxanalarında baş vermiş kütləvi qiyamın qarşısı alınıb.
Onun sözlərinə görə, vəziyyət nəzarət altındadır, qiyam davam etdiriləcəyi təqdirdə, əlavə tədbirlər görüləcək.
apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31